Qulamhüseyin Fərnud
Qulamhüseyin Fərnud Jendə (Türkcə (Tr) veya Türkiye Türkcəsi: Gulamhüseyn Fernud Jende; English: Gholam-Hossein Farnoud Zhendeh; تورکجه، فارسی: غلامحسین فرنود ژنده . 24 Fevral 1941'de Təbrizdə – 15 Mart 2020də Təbrizdə) öndə gələn Güney Azerbaycanlı naşir, yazıçı, tənqidçi, tərcüməçi, Universitet müəllimi və ictimai/mədəni fəal olmuşdur.
1964-cü ildə Məhd Azadi qəzetində (fars. روزنامه مهد آزادی) nəşr olunan "Nəqşha və Əndişeha"nın (fars. نقش ها و اندیشه ها) baş redaktoru vəzifəsinə təyin edildi. Nəşr olunan səhifə Qulamhüseyinin yaxın dostları olan Səməd Behrəngi, Rəhim Rəisniyə və Əbdül-Hüseyin Nahidiazər kimilərinin diqqətini çəkərək, qəzetin baş redaktoru Seyid Cavad Peymanın Qulamhüseyin Fərnuddan xahişi əsasında, daha çox yazıçı dəvət edərək "Adine"i yayınlamaya qərar verdiler. Sonuc olaraq, tanınmış Güney Azərbaycan yazıçıları Səməd Behrəngi, Qulamhüseyin Saidi, Rza Bərahəni, Əlirza Nabdel, Məftun Əmini, Həsən Ruzpeykər, Behruz Dehqani, Rəhim Rəisniya və bəzi digər Güney Azərbaycan və İran yazıçılarının bir neçə məqaləsi iki il boyunca həftəlik olaraq nəşr edilmişdir. 8 səhifədən ibarət olan “Adine” Güney Azərbaycanlı və digər iranlı, əsasən solçu ziyalıları Pəhləvi sülaləsinə qarşı bir araya gətirməkdə mühüm rol oynayır. Adine 1967-ci ildə Savak tərəfindən ələ keçirilənə qədər həftədə 8 səhifə nəşr etməyə davam etmişdir. [1] [2]
Adinedən qıraqda, Qulamhüseyin əsasən redaktor, naşir və məktəb müəllimi kimi fəaliyyət göstərmişdir. Əsərlərinin çoxu “Əli Siyahpuş”, “Tahir Daniş” və “Abülfəzl Ətrak” təxəllüsü ilə nəşr olunub. Müəllif kimi onun son kitabı dünya ədəbiyyatı, kino, poeziya, teatr, rəssamlıq, karikatura, fəlsəfə və digər mövzularda müxtəlif məqalələrin məcmuəsi kimi "Dar Basateh Nokteh Danan" (fars. در بساط نکته دانان) adı ilə yaradıcı şəkildə toplanmış və nəşr edilmişdir. [3][4]
2020-ci il martın 15-i səhər saatlarında Qulamhüseyn Fərnud qardaşı Rza Fərnud tərəfindən öz Təbriz evində ölü olaraq tapılmışdır. [5].
.
.
Doğdu | 24 Fevral 1941 Təbriz
|
---|---|
Vəfat etdi | 15 Mart 2020 Təbriz
|
Ölüm nədəni | Ürək Dayanması |
Milliyət | Güney Azerbaycanlı |
Vətəndaşlıq | Iran |
Eyitim (Təhsil) | İnqiliz dili ve ədəbiyyatı Magistatura,, PhD Sosiologiya |
Məktəblər, Universitetlər | Danişsəray-e Təbriz (Azərbaycan Universiteti), İstanbul Universiteti |
Çalışma alanı | Yazıçı, Sosyal/Kültürel aktivist, Tənqidçi, Baş redaktor, Müəllim və Universitet müəllimi |
Aktiv olan illər | 1960-2020 |
Önəmli çalışmaları
|
Adine (Məhd Azadi qəzeti), Dər Bəsate Noktedanan |
Həyat Yoldaşı | Mehrəngiz Məhmud Şəryiəti |
Uşaqları | Səba Fərnud (qız) və Tahir Fərnud (oğul) |
Qohum | Aria E. Torkanbouri (kürəkən) |
Signature |
Biyografiya
Yetkinlik yaşına qədər
Qulamhüseyin Fərnud Jende 1941-ci il fevralın 24-də Güney Azərbaycan və ya İran Azərbaycanının paytaxtı Təbrizdə anadan olubdur. Atası Əsadüllah Fərnud Pəhləvilər sülaləsi dövründə polis məmuru, anası isə heç bir rəsmi təhsili olmayan evdar qadın olmuşdur. Ailənin böyük oğlu olaraq üç qardaşı Əli Fərnud, Rza Fərnud, Həsən Fərnud və bacısı Əşrəf Fərnudla birlikdə yaşayırdı. Anası təhsilsiz bir insan olsa da, uşaqlıq dövründə onun inkişafına güclü təsir göstərmişdir. İbtidai təhsilini Sə’di, Rüşdiyyə, Sasan və Həmam Təbriz ibtidai məktəblərində bitirdikdən sonra orta təhsilini Xaqani, Firdevsi, Mənsur (indiki Taliqani) orta məktəblərində və Danişsaray-e Təbrizdə (Azərbaycan Universiteti də adlandırılır) bitirmişdir. (1958-1960). O, Mamaqanda, daha sonra isə Azərşəhrdəkı Onsori İbtidai məktəbində dərs deməyə başlayıb, Sə’di liseyində ərəb, hüquq və ictimai elmləri tədris etmək üçün işə daxil olubdur. 1961-ci ildə universitetə qəbul imtahanını verərək 1965-ci ildə ingilis dili və ədəbiyyatı fakültəsini magistr dərəcəsi ilə bitirmişdir.[1].
Adinenin yaranması (1965-1967)
1964-cü ildə Məhd Azadi qəzetində (fars. کھیں مهد ازادی) nəşr olunan "Nəqşha və Əndişeha" (fars. نقش ها و اندیشه ها) jurnalının baş redaktoru təyin edildi. Nəqşha və Əndişeha bir il ərzində onun ən yaxın dostları olan Səməd Behrəngi, Rəhim Rəisniya və Əbdül-Hüseyin Nahidiazər kimi tanınmış simaları özünə cəlb etdi. Bir il davam edən Nəqşha və Əndişeha, Məhd Azadi qəzetinin baş redaktoru Seyid Cavad Peymanın Qulamhüseyin Fərnudun yazıçılarını və məqalələrini genişləndirmək istəyinə səbəb oldu. Cəmi bir gün sonra Qulamhüseyin əvvəlcə Səməd Behrənqi, sonra isə İbrahim Əzimpur və digər dostları ilə məsələni müzakirə etdi. Bütün dostlar razılaşdığı üçün Behruz Dehqaninin təklifi ilə “Adine” başlığı seçildi və hər şənbə günü 8 səhifə nəşr etməyə razılaşdılar. İlk redaksiyanı Qulamhüseyin Fərnud, sonrakı redaksiyaları isə başqa dostlar və hamısı baş redaktorun adı ilə yazılmışdır. 1967-ci ildə Adinenin 17-ci nömrəsi nəşr edildikdən sonra Savak tərəfindən müsadirə edilərək, nəşrinin davamı dayandırıldı.
Səməd Behranginin ölümü və həbs illəri
Adinə müsadirə olunduqdan bir neçə il sonra “Ananın Hekayəsi” (fars. سرگذشت مادر) adı altında nəsr və hekayələrdən seçmə bir kolleksiya və T.S. Eliotun şeirlərinin tərcüməsi və şairin həyatı ilə bağlı olan kitabları nəşr etmişdir.
Eyni zamanda dostları Behruz Dehqani və Mehdi Əmini ilə birlikdə "Elm bizi xilas edə bilərmi?" (farsca: آیا علم MI تواند ما را نجات دهد؟) kitabını tərcümə etmişdir. İbn Sina Nəşriyyatının redaktoru və baş meneceri kimi karyerasında daha sonra Ubeyd-i Zəkaninin seçilmiş əsərləri olan "Do Mobarez" (fars. دو مبارز) və "Balvayeh Təbriz" (fars. بلوای تبریز) adlı iki kitabı Anatoly Lunacharskynin ön sözü ilə nəşr etmişdir. O, həmçinin Səməd Behrənqinin “İranın təhsil problemlərinin araşdırılması” (fars. کندوکاو در مسائل تربیتی ایران) və uşaqlar üçün “Ulduz və qarğalar” (fars. اولکوغازو) kitablarına da rəhbərlik etmişdir. Digər fəaliyyətlərə Mamaqan məktəblərini kitablarla təmin etmək üçün nümayişlərin təşkili və Fedor Mikhaĭlovich Leonidov'un Səməd Behrənginin təyid və təşviq ilə "İrqçilik: İmperializmin İdeoloji Silahi" (Farsça: نژادپرستی و جهانخواری) tərcüməsi və nəşri də digər fəaliyyətlərindən sayıla bilər [1].
1968-ci il avqustun 30-da Səməd Behrəngi Araz çayında boğularaq ölür.
Səmədin ölümü onun yaxın dostlarına güclü təsir göstərməklə yanaşı, Güney Azərbaycan və İran cəmiyyətlərində Pəhləvi əleyhdarı inqilabi hərəkatların güclü katalizatoru olmuşdur. Bu hadisədən bir il sonra Qulamhüseyn Fernud İstanbul Universitetinin Sosiologiya (Sosial Elmlər) üzrə PhD proqramını qazandı. Dissertasiya üzərində işləyərkən, İstanbula gedərkən digər dostları Behruz Dehqani, Kazım Saadati, Əşrəf Dehgani, Əlirza Nabdel və s. kimi tutularaq həbs olundu [1]. Kazım Səadəti polis tərəfindən həbs olunmazdan əvvəl dostlarına xəbər vermək məqsədi ilə intihar etmişdir [6][7]. Behruz Dehqani həbsxanada işgəncədən vəfat etmişdir [8]. Əlirıza Nabdel həbsxanada bir neçə dəfə intihara cəhd etdi, lakin sonda Pəhləvi rejimi tərəfindən edam edilmişdir [9][10]. Əşrəf Dehqani isə həbsdən müvəffəqiyyətlə qaçaraq Almaniyaya sığınmışdır [11].
Azadlıq illəri, İran inqilabına qədər (1974-1979)
Qulamhüseyn Fərnud 1973-cü ildə həbsdən çıxaraq Təbriz Radiosunda prodüser kimi işə götürülüb və onunla birlikdə yazıb, tərcümə edib, kitab çap etməyə davam edibdir. Türkiyə Türk şairi Nazım Hikmətin "Sevdalı Bulut" (fars. ابر دلباخته) kitabının Əli Katibi təxəllüsü ilə tərcüməsi, Türkiyə türk karikaturaçılarının tərcümeyi-halı olan "Mollanasrəddinin nəvələri və onların nəticələri" (fars. ) (Fars: وقایع ناصری), Əli Siyahpuş təxəllüsü ilə Məşrutə İnqilabının nəşr olunmamış sənədləri və "Yeni əsrlər haqqında" (fars. سیری کوتاه در قرون جدید), Faşizm ve Antonio Gramsci"nin tərcüməsi Farsça: فاشیسم و آنتونیو گرامسی) ve "Kuba'da Kültür İnqilabı" (Farsça: انقلاب فرهنگی در کوبا) bu istiqamətdəki fəaliyyətlərindən bəziləri idi. Onlarla birlikdə tarixi, elmi və ədəbi kitablar nəşr edən Ehya Press (fars. نشر احیا) qəzetinə rəhbərlik etmişdir. “Ərk jurnalı” (fars. گاهنامه ارک) Pəhləvilər dövründə tətbiq edilən süzgəclər səbəbindən inqilab ərəfəsində gecikmə ilə çap olunan son çalışmalarından biridir [1].
Qulamhüseyn redaktorluq, müəlliflik və nəşriyyat fəaliyyətləri ilə yanaşı, mədəni tədbirlərdə də fəal iştirak edibdir. Rəssam və karikaturaçı Kayumars Kiasat, heykəltəraş Behruz Heschmat və Aşıq Həsən İskəndəri kimi müxtəlif sənətkarlara dəstək olubdur [1][2].
İran İnqilabından sonra (1979-2013)

1981-ci ildə Mehrəngiz Məhmud Şəriyəti ilə ailə quraraq, onların Tahir Fərnud (1983) və Səba Fərnud (1990) adlı iki övladları olmuşdur.
Qulamhüseyin özünü həmişə “Sadə müəllim” kimi qələmə veribdir. O, həmişə solçu siyasi baxışlara yönəli ictimai və mədəni fəal olsa da, siyasi fəal deyildi. Amma həqiqət budur ki, onun inqilabdan əvvəlki dövrdə həbsinin səbəbi kimi, ölümündən sonra Güney Azərbaycanın yeni nəslinin solçu hərəkətlərinin simvoluna çevrilən Səməd Behrəngi kimi insanlarla və sonradan İran xalqının Fədai Partizanlarına qoşulan digər dostlarla yaxın münasibətinin olması kifayət bir səbəb idi. Buna baxmayaraq, inqilabdan sonra onun və dostlarının vəziyyəti o qədər də yaxşılaşmadı. Solçu fəallara qarşı törədilən faciənin acı bir nümunəsi olaraq İranın Serial Cinayətləri (1988-98) yetərli bir nümunədir.
Bunlara baxmayaraq, Qulamhüseyin insanları və cəmiyyəti maarifləndirmək yolundan heç vaxt əl çəkmədi. “Ərk” jurnalının ikinci nömrəsinin yayını, Tahir Daniş təxəllüsü ilə Çingiz Aytmatovun “Dəvə Gözü” əsərinin tərcüməsi, Migel de Servantes tərəfindən “Don Kixot”un sadələşdirilməsi və Cek Londonun “Uçurumun adamları” əsərinin Əbülfəzl Ətrak təxəllüsü ilə tərcüməsi onun inqilabdan sonrakı fəaliyyətləri arasında yer alır [1].
Bundan əlavə, Təbriz Peşə Məktəbi, Təbriz İslam Azad Universiteti, İran Gənclər Kino Cəmiyyəti Təbriz və Təbriz Nəbi Əkrəm Universitet Kolleci ingiliscə, estetika, uşaq sənəti, alleqoriya, sənət sosiologiyası və s. Müxtəlif universitetlərdə müəllim kimi işləyibdir.
Bunun dışında Məhd Azadi qəzetində Adinenin 17-ci Serisi, Kar və Niru qəzetin və Əhtar qəzetinin baş redaktoru vəzifələrində çalışıbır.
Mehrangiz Məhmud Şəriətinin vəfatından sonra (2013-2020)
Qulamhüseyin Fərnudun həyat yoldaşı Mehrəngiz Məhmud Şəriyəti 2013-cü il noyabrın 15-də dalaq xərçəngindən dünyasını dəyişib və onun dəfn mərasiminə böyük izdiham qatılmışdır. Mehrəngizin vəsiyyəti və Qulamhüseyinin şəxsi qərarı əsasında dəfn mərasimi adi ayinlər olmadan baş tutdu və mərasimin bütün xərcləri Təbriz Xərçəng Xəstəxanası üçün rahat kreslo alınmasına sərf olundu. 2013-2018-ci illər arasında o, uzun illər diqqətlə qoruduğu tarixi hadisələrin və sənədlərin bəzi hissələrinin açılmasına diqqət yetirdi. Adinenin doğumundan bəhs etmək, o cümlədən Səməd Behrənginin bir şeirinin əlyazması, Səməd Behrəngi haqqında bəzi xatirələr və bir neçə başqa şey daxil olmaq üzrə bir neçəsini yayınladı, bunların hamısı Qulamhüseyinin öz istəyi ilə, oğlu Tahir tərəfindən lentə alınan video şəklində 2018 ilinə qədər sosyal medya aracılığıyla ictimaiyyətə təqdim olunub.
“Həmişə Müəllim” (تورکجه، فارسی:همیشه معلم) Qulamhüseynin həyat yoldaşı Mehrəngizə verdiyi tituldur. Onun hər il yubileyində Mehrəngiz Şəriyətinin xatirəsinə kitab nəşr olunurdu. Bunlardan Səidə Paknijadın “Baz Xahəm Şekoft” və Həsən Kafinin “Ruze Əvvəle Moallemi” əsərlərini misal göstərmək olar. Lakin 2018-ci ildə bəzi ailə dəyişiklikləri ilə əlaqədar olaraq o, 11 noyabr 2018-ci il tarixində İnstaqram səhifəsində aşağıdakı mətni paylaşaraq anım mərasimi müvəqqəti olaraq dayandırdı (aşağıya bax):

2019-cu ildən sonrakı ildə ailədə müəyyən dəyişikliklərlə, bütün maddi-mənəvi sərvətlərini uşaqları arasında bərabər və cinsi ayrı-seçkilik etmədən, həyat yoldaşı Mehrəngizin və yanı sıra öz iradəsinə uyğun olaraq təşkil edib bölüşdürməyə başladı.
Ölüm
2020-ci il martın 15-də səhər saatlarında qardaşı Rza Fərnud Qulamhüseyin Fərnudu Təbrizdəki evində ölü olaraq tapdı. Ölüm səbəbi kimi ürək dayanması müəyyən edildi.
Korona karantin qaydaları və səyahət məhdudiyyətləri nəticəsində, oğlu Tahir Fernud və onun həyat yoldaşı Qulamhüseyinin evinə gedib-gələn yeganə şəxslər olubdur və bütün qiymətli orijinal əlyazmalara, tarixi sənədlərə, qeydlərə və rəsmlərə çıxış əldə ediblər. Qulamhüseyindən bu günə qədər yalnız çox qısa vəsiyyət mətni paylaşılıb ki, bu da onun 2015-ci ildə oğlu Tahir, qızı Səba və kürəkəni Aria E. Torkanbouri üçün dəfn yeri və dəfn mərasimi ilə bağlı yazdığı əl yazısıdır.
Ədəbi əsərlər
Kitablar
- Naseri Hadisələri (1977)
- Yeni əsrlər haqqında (1978)
- Duman (2002)
- Dər Bəsate Noktedanan (2011)
Tərcümələr
- Elm bizi xilas edə bilər (1969)
- İrqçilik: İmperializmin İdeoloji Silahı, Fedor Mixayloviç Leonidov (1969)Dar Həqqe Çand Piştaz, Eduardo Sanguine T, Andrea Moroa, Aram Xaçaturyan, Anatoli Lunaçarski (1976)
- Mollanəsrəddinin nəvələri və nəticələri (1977) (ləqəb Əli Siyahpuş)
- Sitayiş və Daşqalaq, T.S. Eliot (1977)
- Faşizm və Antonio Gramsci (?)
- Kubada Mədəni İnqilab (1980) (ləqəb Əli Siyahpuş)
- Uçurumun insanları, Cek London (1983) (ləqəb Əbülfəzl Ətrak)
- Don Kixot, Migel de Servantes (1989) (ləqəb Əbülfəzl Ətrak)
- Dəvə Gözü, Çingiz Aytmatov (2014) (ləqəb Tahir Daniş)
Uşaq kitabları
- Sevdalı Bulut, Nazim Hikmet (1972)
- Tülkü və qaratoyuq, Aleksey Nikolayeviç Tolstoy (1977)
Digərləri
- Nəqşha və Əndişeha (1964)
- Adine I (1965-1967)
- Ərk Jurnalı I (1978)
- Ərk Jurnalı II (1981)
- Adine II (1997)
- Adine III (2000-2002)
İstinadlar
- Farnoud, Gholam-Hossein and others. (2020). "Gholam-Hossein Farnoud: A thoughtful seeker, in the ways of knowledge", in Azeri: International Turkish - Persian, Cultural, Social, Literary and Art Quarterly, numbers 43&44: 1-95
- Torkan, Qasem and others. (2020). "Andishevarze Rahnoma: in memory of Gholam-Hossein Farnoud". Tabriz: Mahdeh Azadi Press.
- IBNA news agency. (2020). "Gholam Hossein Farnood died in the last days of the year". 15th March.
- Ishiq website. (2013). "A memorial service for Ms. Mehri Shariati will be held on Thursday".